http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

XİN-də Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı tədbir keçirilib - YENİLƏNİB

27 Fevral 2023 , 15:40
XİN-də Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı tədbir keçirilib - YENİLƏNİB

27 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Qırğız Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tədbir və sərgi keçirilib.

Tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, Qırğızıstan Azərbaycan Ticarət Palatasının rəhbəri, Qırğızıstan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri və digər qonaqlar iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan-Qırğız Respublikası münasibətlərinin 30 illik inkişaf yoluna nəzər salıb. İki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın ortaq tarixi, mədəni dəyərlərindən qaynaqlandığını bildirib. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayan nazir müavini Xələf Xələfov, həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı uğurlu fəaliyyətin mövcudluğunu qeyd edib. Sonda nazir müavini Xələf Xələfov ölkələrimiz arasındakı çoxşaxəli münasibətlərin xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətt üzrə daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Daha sonra çıxış edən Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Kayrat Osmonalıyev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkələrimiz arasında diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığının qarşılıqlı faydalı tərəfdaşlıq, dostluq əsasında qurulduğunu və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etdiyini qeyd edib. Hər iki ölkənin məqsədinin türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə vermək olduğunu qeyd edən səfir, ötən il Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfərinin, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlərin iki qardaş ölkənin münasibətlərində yeni mərhələnin əsasını qoyduğunu bildirib.

Sonda tədbir iştirakçıları Azərbaycan və Qırğız Respublikası arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

***

11:30

XİN-də Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə bildirib.

OXŞAR XƏBƏRLƏR
Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Fələstin prezidenti Qəzzaya səfər etmək niyyətini təsdiqləyib

Fələstin prezidenti Qəzzaya səfər etmək niyyətini təsdiqləyib

XƏBƏR LENTİ
  • 20:26

    Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb
  • 20:06

    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
  • 20:04

    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
  • 20:01

    Hizbullah lideri: Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması İsrail üçün tələ olacaq
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
Menyu