Bakı və Tirana arasında siyasi məsləhətləşmələrin ilk mərhələsi baş tutub
Əziz Əzizli
Azərbaycan və Albaniya xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk siyasi məsləhətləşmələr raundunu keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın bu ölkədəki səfiri Anar Hüseynov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün Azərbaycan və Albaniya xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk siyasi məsləhətləşmələr raundunu keçirib. Müzakirələr olduqca məhsuldar keçib və ikitərəfli əməkdaşlığın müxtəlif sahələrinə aid geniş məsələləri əhatə edib", - diplomat yazıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma