Tramp: Yeddi müharibəyə son qoydum, onlardan biri Azərbaycan-Ermənistan münaqişəsi idi
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp BMT Baş Assambleyasının kürsüsündən çıxışı zamanı diqqətçəkən bəyanatla çıxış edib.
Operativ Media xəbər verir ki, o, prezidentliyi dövründə yeddi müharibəyə son qoyduğunu bildirib.
Tramp vurğulayıb ki, həmin münaqişələrdən biri də Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşıdurma olub.
ABŞ Prezidenti qeyd edib ki, BMT bu məsələdə heç bir köməklik göstərməyib.
Onun sözlərinə görə, təşkilatdan yalnız xarab eskalator və teleprompter alıb.
"Mən bunu cəmi yeddi ay ərzində etdim. Heç vaxt buna bənzər heç nə olmayıb. Mən bununla çox fəxr edirəm", - ABŞ lideri əlavə edib.
⚡️Tramp BMT kürsüsündə: 7 müharibəyə son qoydum. Onun biri Azərbaycan və Ermənistan münaqişəsi idi. pic.twitter.com/KN8m3b60sT
— Operativ Media (@operativmedia) September 23, 2025