Menyu

Ceyhun Bayramov Nyu-Yorkda avstriyalı həmkarı ilə görüşüb

Əziz Əzizli
Ceyhun Bayramov Nyu-Yorkda avstriyalı həmkarı ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynıl-Rayzinqer ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, xarici işlər nazirləri yüksək səviyyəli təmaslar və müntəzəm siyasi məsləhətləşmələr vasitəsilə ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib və bu məqsədlərə nail olmaqda Birgə Komissiyanın mühüm rolunu vurğulayıblar.

Ceyhun Bayramov avstriyalı həmkarını münaqişədən sonrakı dövrdə regionda aparılan sülh quruculuğu və inkişaf səyləri barədə məlumatlandırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər