Menyu

Azərbaycanla Qvineya-Bisau arasında Nyu-Yorkda viza ilə bağlı saziş imzalanıb

Əziz Əzizli
Azərbaycanla Qvineya-Bisau arasında Nyu-Yorkda viza ilə bağlı saziş imzalanıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində qvineya-bisaulu həmkarı Karlos Pinto Pereyra ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə C. Bayramov "X" sosial media hesabında paylaşım edib.

NAzir bildirib ki, görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, siyasi dialoqun genişləndirilməsi və çoxtərəfli çərçivələrdə daha möhkəm əlaqələrin qurulması yolları müzakirə edilib.

Görüş zamanı həmçinin "Qvineya-Bisau Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" imzalanıb.

Qeyd edək ki, daha əvvəl Cibuti ilə də diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında saziş imzalanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər