Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Makron "X" hesabında paylaşım edib.
Makron bildirib ki, İranda saxlanılan fransız vətəndaşları – Sесile Kohler, Jak Paris və Lennart Monterlos dərhal azad olunmalıdır.
O, bu şəxslərin “dövlət girovları kimi” saxlanıldığını, qeyri-insani şəraitdə olduqlarını vurğulayıb:
“Fransa öz övladlarından heç birini tək qoymayacaq”, – deyə Prezident qeyd edib.
Fransa lideri həmçinin bəyan edib ki, İran heç vaxt nüvə silahına sahib olmamalıdır.
Onun sözlərinə görə, Tehran öhdəliklərini yerinə yetirmədiyi üçün Fransa, Almaniya və Böyük Britaniya “SnapBack” mexanizmini işə salaraq İrana qarşı sanksiyaların bərpası barədə qərar qəbul edib.
Makron görüşdə İran tərəfinə bu tələbləri çatdırıb: MAQATE müfəttişlərinə tam girişin təmin olunması;
Zənginləşdirilmiş uran ehtiyatları barədə şəffaflığın yaradılması;
Nüvə danışıqlarının dərhal bərpası.
Prezident vurğulayıb ki, hələ də razılaşma əldə etmək mümkündür, lakin vaxt məhduddur:
“Cavab vermək İranın üzərinə düşür. Bu, bölgənin təhlükəsizliyi və dünyanın sabitliyi üçün vacibdir”.