Menyu

Azərbaycanla Benin arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb

Əziz Əzizli
Azərbaycanla Benin arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Benin Respublikasının xarici işlər naziri Oluşequn Ajadi Bakari ilə görüşüb.

Operativ Media xəbər verir ki, C.Bayramov bununla bağlı "X"dəki hesabında paylaşım edib.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bidirib ki, görüşdə iki ölkənin BMT və İƏT çərçivəsində çoxtərəfli əməkdaşlığı, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

"Biz ölkələrimiz arasında uzunmüddətli əlaqələrin qurulması üçün mühüm əhəmiyyət kəsb edən yüksək səviyyəli siyasi, iqtisadi və humanitar əməkdaşlığın, eləcə də humanitar mübadilələrin asanlaşdırılmasının vacibliyini vurğuladıq.

Biz Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Benin Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzaladıq", - C.Bayramov qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər