Menyu

Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ dövlət katibinin ev sahibliyi etdiyi tədbirə qatılıb

Şəfa Hüseynli
Ceyhun Bayramov və Ararat Mirzoyan  ABŞ dövlət katibinin ev sahibliyi etdiyi tədbirə qatılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubionun ev sahibliyi etdiyi Transatlantik şam yeməyində iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"dəki hesabında paylaşım edib.

"Azərbaycanın bu mühüm tədbirdə iştirakı onun əməkdaşlığın inkişaf etdirilməsi, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsində etibarlı tərəfdaş kimi sadiqliyini və tanınmasını əks etdirir", - XİN-in paylaşımında qeyd olunub.

Teqlər:

"Ceyhun Bayramov v\u0259 Ararat Mirzoyan AB\u015e d\u00f6vl\u0259t katibinin ev sahibliyi etdiyi t\u0259dbir\u0259 qat\u0131l\u0131b"

Fotogalereya

Əlaqəli Xəbərlər