Deputat: Prezidentin Nyu-York səfəri iqtisadi və diplomatik əhəmiyyət daşıyır

Nərmin Qocamanlı
Deputat: Prezidentin Nyu-York səfəri iqtisadi və diplomatik əhəmiyyət daşıyır

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda Birləşmiş Millətlər Təşkilatının Nyu-York şəhərində keçirilən Baş Assambleyasının sessiyasında iştirak edir. Tədbirdə dünyanın bir çox dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri də iştirak edirlər ki, bu da sessiyanın yüksək siyasi və diplomatik əhəmiyyətini göstərir".

Bu sözləri Operativ Media-ya açıqlamasında millət vəkili Elşad Musayev bildirib.

Deputat bildirib ki, sessiya çərçivəsində Azərbaycan Prezidenti müxtəlif ölkələrin dövlət başçıları ilə ikitərəfli görüşlər keçirməklə yanaşı, beynəlxalq təşkilatların rəhbərləri ilə də mühüm müzakirələr aparır.

O bildirib ki, bu görüşlərin əsas məqsədi Azərbaycanın iqtisadi inkişaf perspektivlərini, ölkənin beynəlxalq imicinin möhkəmləndirilməsini və xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini təmin etməkdir: “Eyni zamanda keçirilən müzakirələr Azərbaycanın qlobal iqtisadi şəbəkələrdə mövqeyini gücləndirməyə yönəlmiş mühüm addım kimi dəyərləndirilə bilər.

Azərbaycan Prezidentinin BMT Baş Assambleyasında iştirakı həm siyasi, həm də iqtisadi baxımdan uğurlu və strateji əhəmiyyətli səfər hesab edilə bilər”.

Ayşən Sadıxzadə

Digər xəbərlər