Menyu

BMT ofisinin qarşısında dinc etiraz aksiyası keçirilib

Əsəd Abbaslı
BMT ofisinin qarşısında dinc etiraz aksiyası keçirilib

Bu gün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Dənizaşırı ərazilərin təmsilçiləri tərəfindən BMT ofisinin qarşısında dinc etiraz aksiyası keçirilib.

Operativ Media xəbər verir ki, aksiyada Fransanın Dənizaşırı əraziləri — Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərən müstəqillik hərəkatlarının üzvləri, həmçinin əsası Bakıda qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak edib.

Etiraz aksiyasının məqsədi Bujival razılaşmasının Kanaki, o cümlədən digər dənizaşırı ərazilər tərəfindən rədd edildiyini və razılaşmanın yalnız Fransanın kolonial məqsədlərinə xidmət etdiyini bəyan etmək olmuşdur.

Aksiyada Fransanın müstəmləkəçilik siyasətinin sonlandırılması və Kanaki (Yeni Kaledoniya) daxil olmaqla digər müstəmləklərin müstəqillik hüquqlarının təmin olunması, Fransa tərəfindən götürülmüş lakin uzun illərdir icra edilməyən öhdəliklərin yerinə yetirilməsi istiqamətində BMT və onun təsisatlarına qəti və təsirli addımların atılmasına çağırış edilib.

Aksiya iştirakçıları “Bizim üçün sülh müstəqillikdir”, “müstəmləkəçilik kanaklara qarşı cinayətdir”, “Bujival sazişinə yox”, “Fransa öz müstəmləkə cinayətlərini tanımalıdır”, “Biz təbəə deyilik, azad xalqıq”, “Müstəqillik seçim deyil, hüquqdur”, “Fransanın müstəmləkə zəncirlərindən azadlıq!” kimi şüarlar səsləndiriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər