Menyu

Azərbaycan və ABŞ liderləri xanımları ilə birgə xatirə fotosu çəkdirib

Nərmin Qocamanlı
Azərbaycan və ABŞ liderləri xanımları ilə birgə xatirə fotosu çəkdirib

Məlum olduğu kimi, sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub.

Operativ Media xəbər verir ki, ABŞ Prezidenti ilə xanımı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birgə xatirə fotosu çəkdiriblər.

Tədbir zamanı eyni zamanda iki ölkə lideri arasında dialoq da yaşanıb. İlham Əliyev Trampın sülh danışıqlarında mühüm rol oynadığını qeyd edib, ABŞ lideri isə öz növbəsində Azərbaycan Prezidentinin simasında dost qazandığını vurğulayıb. 

Teqlər:

"Az\u0259rbaycan v\u0259 AB\u015e liderl\u0259ri xan\u0131mlar\u0131 il\u0259 birg\u0259 xatir\u0259 fotosu \u00e7\u0259kdirib"

Əlaqəli Xəbərlər