İsrail ordusunun ötən gün Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 79 nəfər fələstinli ölüb.
Operativ Media xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində İsrail Müdafiə Ordusunun regiona endirdiyi zərbələr nəticəsində Qəzza zolağının xəstəxanalarına 79 ölü və 379 yaralı daxil olub.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-ci il 7 oktyabr tarixində silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 66 005 nəfər ölüb, 168 162 nəfər yaralanıb.