Menyu

Netanyahu Qətərin Baş nazirindən üzr istəyib

Əsəd Abbaslı
Netanyahu Qətərin Baş nazirindən üzr istəyib

İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS rəhbərliyini məhv etmək məqsədilə Dohaya edilən son hücuma görə Qətərin Baş nazirindən üzr istəyib.

Operativ Media xəbər verir ki, bu barədə İsrail televiziyasının "12-ci kanalı" məlumat yayıb.

Netanyahunun Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Əl-Tani ilə telefon danışığı apardığı və sentyabrın 9-da Qətərin paytaxtına hücuma görə üzr istədiyi vurğulanıb.

Telekanalın mənbəsi onu da bildirib ki, İsrailin Baş naziri hücumda Qətər təhlükəsizlik xidmətinin əməkdaşının ölümündən təəssüfləndiyini bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər