Prezident Azərbaycan-Kamboca turizm əməkdaşlığına dair Memorandumu təsdiqləyib
Şəfa Hüseynli
2025-ci il iyulun 21-də Pnompen şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu" təsdiq edilib.
Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, anlaşma memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Kamboca Krallığı Hökumətinə bildiriş göndərəcək.
Teqlər:
"Prezident Az\u0259rbaycan-Kamboca turizm \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131na dair Memorandumu t\u0259sdiql\u0259yib"