ABŞ hökuməti fəaliyyətini qismən dayandıra bilər

Əziz Əzizli
ABŞ hökuməti fəaliyyətini qismən dayandıra bilər

ABŞ Senatı federal hökumətin yaxın saatlarda baş verə biləcək qismən bağlanmasının qarşısını almağa yönəlmiş iki partiyalı qanun layihəsini yenidən rədd edib.

Operativ Media xəbər verir ki, hökumətin bağlanmasının qarşısını almaq üçün Nümayəndələr Palatasında qəbul edilən və Respublikaçılar tərəfindən hazırlanan qanun layihəsi Senatda lehinə 55, əleyhinə 45 səs toplayıb.

Demokratların təqdim etdiyi qanun layihəsini 47 senator dəstəkləyib, 53 senator isə əleyhinə səs verib.

Konqresin yuxarı palatasında təsdiq üçün ən azı 60 səs lazımdır. Buna görə də Senat oktyabrın 1-də yerli vaxtla gecə yarısı (çərşənbə günü Bakı vaxtı ilə 8:00) hökumətin mümkün bağlanmasının qarşısını alan qanun layihəsini hələ də qəbul edə bilməyib.

Digər xəbərlər