Sahibə Qafarova Cənubi Afrika Respublikasına işgüzara səfərə gedib
Şəfa Hüseynli
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına (CAR) işgüzara səfərə gedib.
Operativ Media xəbər verir ki, Azərbaycan nümayəndə heyətini Keyptaun beynəlxalq hava limanda CAR parlamentinin İctimai nəzarət komitəsinin sədri Cedrik Tomas Frolik, Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar.
Milli Məclisin sədri səfər çərçivəsində "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak edəcək.
Sahibə Qafarovanın sammitdə çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma