Menyu

Prezident: Hər bir ölkənin inkişafı onun elmi və təhsil potensialından qaynaqlanır

Nərmin Qocamanlı
Prezident: Hər bir ölkənin inkişafı onun elmi və təhsil potensialından qaynaqlanır

"Əminəm ki, burada oxuyan və oxuyacaq tələbələr gələcəkdə Azərbaycanın inkişafına çox böyük dəstək verəcəklər".

Operativ Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün İtaliya-Azərbaycan Universitetinin açılışı zamanı çıxış edərkən bildirib.

"Çünki sirr deyil ki, hər bir ölkənin inkişafı onun elmi və təhsil potensialından qaynaqlanır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu ölkələri inkişaf etmiş ölkələr edən məhz biliklərdir, təhsildir, texnologiyalardır. Bugünkü dünyada texnoloji inkişaf hər bir ölkənin uğurunu müəyyən edir. Təbii resurslarla zəngin olan ölkələr kimi Azərbaycan, ilk növbədə, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışmışdır. Çünki biz gələcəyə baxmalıyıq", - Prezident qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər