ABŞ Prezidenti Donald Tramp Qətərə ediləcək istənilən hücumun ABŞ-nin təhlükəsizliyinə təhdid kimi qəbul ediləcəyini nəzərdə tutan fərmanı imzalayıb.
Operativ Media xəbər verir ki, sənəd Ağ Evin saytında dərc olunub.
29 sentyabr tarixli sərəncamda qeyd olunur: “Xaricdən Qətər dövlətinə qarşı davam edən təhdidlər fonunda Birləşmiş Ştatlar ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə təminat verir”.
Sənədə əsasən, Qətərin ərazisinə, suverenliyinə və ya kritik infrastrukturuna hər hansı silahlı hücum sülhə və ABŞ-yə təhdid kimi qəbul ediləcək.
Fərmanda vurğulanır ki, belə bir ssenaridə hər iki ölkənin maraqlarının qorunması üçün bütün lazımi tədbirlər görüləcək.
Həmçinin bildirilir ki, Pentaqon Qətərlə birlikdə xarici təcavüzə cavab olaraq birgə əməliyyat planlamasına başlayacaq.