Niderlandın Baş naziri Prezident İlham Əliyevlə olan görüşlə bağlı paylaşım edib
Əsəd Abbaslı
Niderlandın Baş naziri Dik Sxof özünün “X” hesabında Prezident İlham Əliyevlə Kopenhagendə keçirdiyi görüşlə bağlı paylaşım edib.
Operativ Media xəbər verir ki, paylaşımda görüş zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin müzakirə olunduğu bildirilib.
“Bu gün Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Mən Azərbaycanla əlaqələrimizi və Azərbaycan-Ermənistan sülh prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndirdiyimi ifadə etdim. Biz ticarət, logistika və dənizlə bağlı sahələrdə əlaqələrimizin genişləndirilməsi fürsətlərini müzakirə etdik”, - Niderlandın Baş naziri paylaşımında bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net