Ərdoğan və Tramp arasında telefon danışığı olub

Nərmin Qocamanova
Ərdoğan və Tramp arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Məlumata görə, telefon danışığı ABŞ tərəfinin xahişi ilə baş tutub.

Telefon danışığı zamanı, Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr və Qəzzadakı vəziyyət müzakirə edilib.

"Ərdoğan Vaşinqtona səfərlərinin Türkiyə-ABŞ əlaqələrini daha da gücləndirdiyini və iki ölkə arasında bütün sahələrdə, xüsusilə də müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək üçün addımların atılmasının vacib olduğunu bildirib.

Ərdoğan Türkiyənin Qəzzada başda olmaqla bütün bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün səylə çalışdığını və bu məqsədə yönəlmiş təşəbbüsləri alqışladıqlarını bildirib.

Ərdoğan Türkiyənin sülh üçün diplomatik səylərini sürətləndirdiyini, qlobal sülh vizyonuna töhfə verməyə davam edəcəyini və İsrailin hücumlarına son qoyulmasının bölgədə sülhün bərqərar edilməsinə yönəlmiş təşəbbüslərin uğuru üçün çox vacib olduğunu vurğulayıb", - məlumatda qeyd olunub.

Digər xəbərlər