Ərdoğan: Müxalifətin haqsız tənqidlərinə məruz qalırıq

Əsəd Abbaslı
Ərdoğan: Müxalifətin haqsız tənqidlərinə məruz qalırıq

"Qarşıdakı 20-30 il ərzində enerji təhlükəsizliyimizi möhkəmləndirməyə çalışırıq".

Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Lakin bu siyasətimizə görə ölkəmizin əsas müxalifət partiyasının haqsız tənqidlərinə məruz qalırıq. ABŞ ilə imzaladığımız Strateji Nüvə Enerjisi Əməkdaşlığına dair Anlaşma Memorandumu dinc məqsədli nüvə enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutur. Qabaqcıl reaktor texnologiyaları ilə energetika sənayemizin inkişaf etdirmək istəyirik".

Türkiyə lideri bildirib ki, nüvə enerjisindən yalnız elektrik istehsalı üçün deyil, həm də tibb, kənd təsərrüfatı, elmi araşdırmalar kimi müxtəlif sahələrdə istifadə ediləcək: "Bunlar əslində alqışlanmalı addımlardır. Türkiyənin xeyrini düşünən heç kim bunlardan narahat ola bilməz. Ana müxalifət partiyasının başındakı şəxs bir gün çıxıb guya balıqları bəhanə edərək nüvə enerji layihələrimizi tənqid edir, ertəsi gün hidroelektrik stansiyalarını marginal təşkilatların leksikonu ilə hədəfə alır".

Digər xəbərlər