Menyu

Merts: Almaniya İsrailin mövcudluğunu tanıyır

Əsəd Abbaslı
Merts: Almaniya İsrailin mövcudluğunu tanıyır

"Almaniya İsrailin mövcudluğunu tanıyır və təhlükəsizliyini müdafiə edir".

Operativ Media xəbər verir ki, bu sözləri Almaniya Baş naziri Fridrix Merts İsrail Prezidenti İsaak Hersoqla bugünkü telefonla danışığı zamanı deyib.

Baş nazir Almaniya-İsrail münasibətlərinin dəyişməz mahiyyətdə qaldığını və davamlı tarixi məsuliyyətin ifadəsi olduğunu vurğulayıb.

Qəzzada atəşkəslə bağlı razılığın əldə olunacağına ümid etdiyini bildirən Merts iki illik müharibədən sonra sülhün vaxtının çatdığını bildirib.

Merts Misirdəki İsrail-HƏMAS danışıqlarının tez bir zamanda razılaşma ilə yekunlaşmalı olduğunu bəyan edib.

"Almaniya vətəndaşları da daxil olmaqla bütün girovlar dərhal azad edilməlidir. Döyüşlər bitməlidir. HƏMAS silahlarını yerə qoymalıdır" - Merts bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər