Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə Türk Dövlətləri Təşkilatının XII Zirvə toplantısından əvvəl baş tutacaq TDT Xarici İşlər Nazirləri Şurası çərçivəsində Azərbaycanda səfərdə olan türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Nazir bildirib ki, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələri bütün sahələrdə möhkəmlənməkdə davam edir.
Görüşdə iki ölkə arasında çoxtərəfli və genişmiqyaslı əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Ceyhun Bayramov qeyd edib ki, ortaq irsə əsaslanan əməkdaşlıq Türkdilli Dövlətlər Təşkilatı çərçivəsində tərəfdaşlığın dərinləşdirilməsi və ortaq rifahın qurulması baxımından mühüm əhəmiyyət daşıyır.