Viktor Orban İlham Əliyevlə görüşündən paylaşım edib
Əsəd Abbaslı
Bir dostu görmək hər zaman xoşdur.
Operativ Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevlə oktyabrın 6-da Qəbələdə keçirdiyi görüşə dair "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
Qeyd edək ki, liderlər arasında bu gün keçirilən görüşdə Macarıstanın Baş naziri Azərbaycana əvvəlki səfərlərinin, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşündə iştirakının vacibliyinə toxunub.