QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olunub - YENİLƏNİB 2

Şəfa Hüseynli
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olunub - YENİLƏNİB  2

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında gündəlik məsələlər müzakirə olunub və bəzi qərarlar qəbul edilib.

Operativ Media  xəbər verir ki, iclasın əvvəlində gündəlik təsdiqlənib. Daha sonra 2025-ci il mayın 14-15-də Türkiyənin Sinop şəhərində keçirilmiş 64-cü Komitə iclasının, eləcə də iyunun 17-də Bakıda təşkil olunmuş əlavə iclasın protokol layihələri təqdim edilərək qəbul olunub.

Günün əsas müzakirə mövzusu “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt – sosial aspektlər” olub.

Mövzu üzrə hesabat layihəsini Azərbaycan nümayəndə heyətinin üzvü Səbinə Salmanova təqdim edib. Məruzəçi hesabatda süni intellekt texnologiyalarının sosial rifahın yüksəldilməsində, təhsil və məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də dayanıqlı inkişaf hədəflərinə çatmaqda oynadığı rolu vurğulayıb. Qeyd edib ki, müasir dövrdə süni intellekt insan həyatının ayrılmaz hissəsinə çevrilib. O, cəmiyyətin demək olar ki, bütün sahələrinə - təhsildən səhiyyəyə, iqtisadiyyatdan kənd təsərrüfatına qədər təsir göstərir. Bununla yanaşı, süni intellektin imkanlarından ucqar kəndlərdə yaşayan insanların da faydalana bilməsi vacibdir.

Komitə üzvləri hesabat ətrafında geniş fikir mübadiləsi aparıblar.

Qeyd edilib ki, süni intellektdən düzgün və səmərəli istifadə olduqca vacibdir. Müzakirələr zamanı iştirakçılar süni intellekt texnologiyalarının müxtəlif sahələrdə tətbiqi, onun cəmiyyətə və iqtisadiyyata təsirləri, həmçinin etik və hüquqi aspektləri barədə fikirlərini bölüşüblər. Bundan əlavə, ucqar bölgələrdə yaşayan insanlar üçün süni intellekt imkanlarının əlçatanlığının artırılması yolları və texnologiyanın sürətli inkişafı ilə əlaqədar potensial riskləri, etik və hüquqi məsələləri, həmçinin insan həyatına və iş bazarına təsirləri müzakirə edilib.

Müzakirələrin yekununda hesabat qəbul edilib və Milli Məclisin deputatı Səbinə Salmanova 66-cı Baş Assambleyada məruzəçi təyin olunub.



 ***
11:08

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib.

Operativ Media  xəbər verir ki, iclas TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşü çərçivəsində baş tutub.

Toplantıda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT-yə üzv ölkələr arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyi deyil, həm də gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır. “Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının 2-yə çatdırılması əməkdaşlıq imkanlarımızın çevik, dərin və ətraflı müzakirəsi üçün fürsət yaradıb”, - deyə nazir əlavə edib.

Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişinin son dərəcə vacib olduğuna diqqət çəkən C.Bayramov qeyd edib ki, formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında TDT-nin gücü birliyin rəmzi kimi daha mühüm rol oynamaq potensialına malikdir. “Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb”, - deyə o bildirib.

Nazir diqqətə çatdırıb ki, TDT-yə üzv dövlətlər coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xətlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır. “Təşkilat bu istiqamət üzrə nəhəng imkanlara malikdir. Bu xətt, eyni zamanda, Orta Dəhlizin ayrılmaz parçasıdır. Vaşinqton Zirvə Görüşü çərçivəsində Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRIPP marşrutunun bəyan edilməsi regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır”.

TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı işini müzakirələrlə davam etdirib.




 ***
10:09

Oktyabrın 7-də Qəbələdə Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclası işə başlayıb.

Operativ Media  xəbər verir ki, iclasda Azərbaycanın və bir neçə ölkənin parlament nümayəndələri iştirak edirlər.

Şəkil Qalereyası

QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olunub - YENİLƏNİB  2 - Şəkil 1
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olunub - YENİLƏNİB  2 - Şəkil 2
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olunub - YENİLƏNİB  2 - Şəkil 3
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olunub - YENİLƏNİB  2 - Şəkil 4
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olunub - YENİLƏNİB  2 - Şəkil 5
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olunub - YENİLƏNİB  2 - Şəkil 6
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olunub - YENİLƏNİB  2 - Şəkil 7
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olunub - YENİLƏNİB  2 - Şəkil 8
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olunub - YENİLƏNİB  2 - Şəkil 9
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olunub - YENİLƏNİB  2 - Şəkil 10
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olunub - YENİLƏNİB  2 - Şəkil 11
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olunub - YENİLƏNİB  2 - Şəkil 12
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olunub - YENİLƏNİB  2 - Şəkil 13

Digər xəbərlər