Ana səhifə / Siyasət / İlham Əliyev Putini təbrik edib İlham Əliyev Putini təbrik edib 07.10.2025, 13:13 Nərmin Qocamanlı Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Operativ Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidentini doğum günü münasibətilə təbrik edib. Vladimir Putin təbriklərə görə təşəkkürünü bildirib. Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Teqlər: "\u0130lham \u018fliyev Putini t\u0259brik edib"