Tokayev Bəxtiyar Vahabzadənin sözlərindən sitat gətirib: “Türkün başqa türklə düşmənçilik etməyə haqqı yoxdur!”
Bu tarixi diyarlardan olan azərbaycanlı şair Bəxtiyar Vahabzadə bizə belə bir ibrətli kəlam miras qoyub: “Türkün başqa türklə düşmənçilik etməyə haqqı yoxdur!”
Operativ Media xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında səsləndirib.
“Biz ulu babalarımızın müdrik sözlərinə sadiq qalırıq və bütün dünyaya nümayiş etdiririk ki, türklər birliyə sadiq bir qandan olan qardaşdırlar”, – deyə Kasım-Jomart Tokayev vurğulayıb.
Həmin görüntüləri təqdim edirik:
⚡️Tokayev TDT Zirvəsində Azərbaycan şairi Bəxtiyar Vahabzadədən sitat gətirib:
— Operativ Media (@operativmedia) October 7, 2025
"Bir türkün başqa bir türklə düşmənçilik etməyə haqqı yoxdur!". pic.twitter.com/WBsmXaIgm2