Menyu

Ərdoğan və Putin arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Ərdoğan və Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Telefon danışığı zamanı, Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyənin Qəzzada atəşkəsin təmin edilməsi və humanitar yardımların bölgəyə çatdırılması üçün səylər göstərdiyini bildirib.

O, həmçinin Ukrayna-Rusiya müharibəsinin ədalətli və davamlı sülhlə nəticələnməsi üçün diplomatik təşəbbüslərin sürət qazanmasının vacibliyini vurğulayıb və Türkiyənin sülh naminə fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Telefon danışığı zamanı Ərdoğan, Rusiya Prezidenti Vladimir Putini doğum günü münasibətilə təbrik edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər