Azərbaycan və Oman arasında investisiyaların genişləndirilməsi barədə müzakirə aparılıb
Şəfa Hüseynli
Azərbaycan və Oman arasında qarşılıqlı sərmayələrin təşviqi, həmçinin regional səviyyədə birgə investisiya fəaliyyətinin genişləndirilməsi müzakirə olunub
Operativ Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial hesabında paylaşım edib.
"Oman Sultanlığına işgüzar səfərimiz çərçivəsində bu ölkənin maliyyə naziri, Oman İnvestisiya Qurumunun sədri Sultan bin Salem Al Habsi və Qurumun prezidenti Abdulsalam bin Məhəmməd Al Murşidi ilə biznes tərəfdaşlığının prioritetləri barədə müzakirələrimiz oldu", - nazir qeyd edib.
Səfər çərçivəsində, həmçinin iki ölkə arasında işgüzar əlaqələrin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi imkanları dəyərləndirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net