Menyu

Fidan: Qəzza üzrə danışıqlar yeni mərhələyə keçib

Əsəd Abbaslı
Fidan: Qəzza üzrə danışıqlar yeni mərhələyə keçib

Qəzzada atəşkəslə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub.

Operativ Media "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, bugünkü danışıqlarda razılıq əldə olunarsa, tərəflərin atəşkəs elan edə biləcəyi ehtimalını yüksək dəyərləndirib.

"Qəzza üzrə danışıqlar yeni mərhələyə keçib. Əgər bu gün razılıq əldə olunarsa, Qəzzada atəşkəs elan olunacaq. Müsbət xəbərlər çıxsa, bu, razılığın əldə olunması istiqamətində ilk addım olacaq", - o bildirib.

Nazir qeyd edib ki, danışıqlarda atəşkəs, girov və əsir mübadiləsi, əlavə yardım, İsrail qoşunlarının anklavdan çıxarılmasının qrafiki müzakirə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər