Menyu

Ceyhun Bayramov: Azərbaycan MDB daxilində dialoqun tərəfdarıdır

Əsəd Abbaslı
Ceyhun Bayramov: Azərbaycan MDB daxilində dialoqun tərəfdarıdır

Azərbaycan MDB daxilində dialoqun və ortaq tərəqqinin tərəfdarı olaraq qalır.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov özünün "X" hesabında yazıb.

Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı barədə məlumat paylaşan nazir bildirib ki, o, Azərbaycanın MDB daxilində mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiq edib:

"III MDB Oyunlarının uğurla keçirilməsini, Laçının 2025-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı statusunu, artan ticarət əlaqələrini, terrorizm və transmilli cinayətkarlığa qarşı birgə fəaliyyətin zəruriliyini vurğuladım", - o bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər