Menyu

XİN: Qəzzaya yardım aparan gəmidə Azərbaycan vətəndaşıları da olub

Əsəd Abbaslı
XİN: Qəzzaya yardım aparan gəmidə Azərbaycan vətəndaşıları da olub

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı - Pərvin Əzimov və Orxan Səmədzadə gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.

"İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur" - XİN rəsmisi bildirib.

Teqlər:

"X\u0130N: Q\u0259zzaya yard\u0131m aparan g\u0259mid\u0259 Az\u0259rbaycan v\u0259t\u0259nda\u015f\u0131lar\u0131 da olub"

Əlaqəli Xəbərlər