Peskov: Putin Əliyevlə bütün aktual məsələləri müzakirə edib

Əsəd Abbaslı
Peskov: Putin Əliyevlə bütün aktual məsələləri müzakirə edib

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında keçirilən görüşdə ikitərəfli gündəliyin bütün ən aktual və mürəkkəb məsələləri müzakirə olunub.

Operativ Media xəbər verir ki, bunu "Vedomosti" yə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Söhbət zamanı gündəmdəki bütün aktual məsələlər müsbət mənada qaldırıldı", - Kreml sözçüsü vurğulayıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya səmasında vurulandan sonra Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Digər xəbərlər