Menyu

ABŞ-də şatdaunu dayandırmaq üçün keçirilən səsvermələr nəticəsiz olub

Əsəd Abbaslı
ABŞ-də şatdaunu dayandırmaq üçün keçirilən səsvermələr nəticəsiz olub
1 dəq oxu

ABŞ Senatında şatdaunu dayandırmaq üçün Respublikaçılar və Demokratlar Partiyasının təklif etdikləri layihələr üzrə keçirilən 7-ci səsvermə nəticəsiz olub. 

Operativ Media xəbər verir ki, əvvəlcə Demokratlar Partiyasının hökumətin maliyyələşməsini oktyabrın 31-nə kimi təmin edən layihəsi üzrə səsvermə keçirilib.

Layihə 47 lehinə, 50 əleyhinə səs toplayıb.

Daha sonra Respublikaçılar Partiyasının maliyyələşməni noyabrın 21-nə kimi nəzərdə tutan layihəsi üzrə səsvermə baş tutub və 54 lehinə, 45 əleyhinə səslə 60 səs baryerini keçməyib.

ABŞ-da şatdaun oktyabrın 1-dən qüvvədədir.

Əlaqəli Xəbərlər