Menyu

Rusiya Prezidenti: AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırma obyektiv olacaq

Nərmin Qocamanlı
Rusiya Prezidenti: AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırma obyektiv olacaq
1 dəq oxu

"AZAL-ın təyyarə qəzası ilə bağlı istintaq yekunlaşmaq üzrədir, təfərrüatlar və nüanslar qalır".

Operativ Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

"Biz İlham Əliyevlə razılaşdıq ki, AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırma obyektiv olacaq. Hazırda istintaq başa çatıb və ümumilikdə hər şey aydındır. Ümid edirəm ki, biz bu səhifəni çevirmişik", - o, qeyd edib.

Əlaqəli Xəbərlər