Menyu

Türkiyə XİN: "Azadlıq" flotiliyasındakı vətəndaşlar təhlükəsiz şəkildə ölkəyə qayıdıblar

Əsəd Abbaslı
Türkiyə XİN: "Azadlıq" flotiliyasındakı vətəndaşlar təhlükəsiz şəkildə ölkəyə qayıdıblar

Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan "Azadlıq" flotiliyasındakı Türkiyə vətəndaşları təhlükəsiz şəkildə ölkəyə qayıdıblar.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlar Türk Hava Yollarının xüsusi reysi ilə təhlükəsiz şəkildə Türkiyəyə qayıdıblar.

Xarici işlər nazirinin müavini Musa Kulaklıkaya onları İstanbul Hava Limanında qarşılayıb və 21 ölkədən olan fəalları da əhatə edən evakuasiya prosesinin bütün tərəflərin Türkiyəyə olan etibarını nümayiş etdirdiyini vurğulayıb.

Qeyd edək ki, daha öncə İsrail tərəfindən beynəlxalq sularda saxlanılan "Azadlıq" flotiliyasıdakı 18-i türk olmaqla 94 fəalın Türk Hava Yolları təyyarəsi ilə İstanbula gələcəyi bildirilmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər