Tramp Vaşinqtonda Zelenski ilə görüşəcək
Əsəd Abbaslı
ABŞ Prezidenti Donald Trampın 17 oktyabrda Ukrayna Prezidenti Vladimir Zelenski ilə Vaşinqtonda görüşəcəyi gözlənilir.
Operativ Media xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadla məlumat yayıb.
Tramp bu gün Zelenski ilə “yaxşı” telefon danışığı keçirdiyini bildirib və tərəflərin Kiyevə silah tədarükünü müzakirə etdiyini qeyd edib. O həmçinin Ukraynanın ABŞ-dən “Tomahawk” raketləri almaqda maraqlı olduğunu təsdiqləyib.
Zelenski isə Trampın bu silahların tədarükü barədə hələ qərar vermədiyini deyib və Kiyevin bu istiqamətdə “iş apardığını” vurğulayıb.
Belarus Prezidenti isə hesab edir ki, Ukraynaya “Tomahawk” raketləri verilməyəcək və Trampın “özünəməxsus taktikasının” buna imkan verməyəcəyini bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net