İran razılaşma əldə etmək məqsədilə danışıqlara qayıtsa, bu ölkəyə qarşı sanksiyaları ləğv etməkdən məmnun olardıq.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Misir Prezidenti Abdelfəttah əs-Sisi ilə görüşdə deyib.
Tramp hesab edir ki, İran hakimiyyəti tezliklə razılığa gələcək, çünki ölkənin vəziyyətinin ağırdır və köməyə ehtiyacları var.
O, daha ciddi sanksiyaların Tehranın vəziyyətini daha da pisləşdirəcəyini qeyd edib.
“Onlar danışıqlara hazır olduqda sanksiyaları qaldırmaqdan məmnun olaram, amma indiki sanksiyalarla yaşaya bilmirlər”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, bir gün İran ABŞ ilə razılaşaraq sanksiyaların aradan qaldırılmasını təmin edəcək.