Pakistan Prezidenti Sahibə Qafarovanı qəbul edib

Əsəd Abbaslı
Pakistan Prezidenti Sahibə Qafarovanı qəbul edib

Bu gün Pakistan Prezidenti Asif Əli Zərdari Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşu qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə N.Kurtulmuş "X"də yazıb.

"Pakistan Prezidenti Asif Əli Zərdariyə qəbula görə təşəkkür edirəm və ümid edirəm ki, səfərimiz Türkiyə ilə Pakistan arasında dostluğu möhkəmləndirəcək və bütün sahələrdə əməkdaşlığımızı daha da inkişaf etdirəcək", - o bildirib.

Qeyd edək ki, bu gün İslamabadda Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü keçirilib.

Digər xəbərlər