Tramp Ərdoğana təşəkkür edib
Əsəd Abbaslı
“Son zamanlar baş verən bəzi münaqişələrə baxsanız, Türkiyə Prezidenti onların həllində başda idi və o, onları qazanırdı”.
Operativ Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı deyib.
Dövlət başçısının sözlərinə görə, Türkiyə dünyanın ən güclü ordularından birinə sahibdir.
“Hər dəfə ona ehtiyacım olanda o, mənim yanımda olub. Mən Türkiyə Prezidenti Ərdoğana təşəkkür etmək istəyirəm. O, heç vaxt uğursuz olmur. O, heyrətamizdir. Ona görə də dostluğa görə sizə təşəkkür etmək istəyirəm”,- deyə Tramp əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net