Tramp: Qəzzada çoxsaylı tikinti işləri aparacağıq

Əsəd Abbaslı
Tramp: Qəzzada çoxsaylı tikinti işləri aparacağıq

Qəzza zolağında atəşkəslə bağlı planın üçüncü və dördüncü mərhələləri artıq icra olunur.

Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Misirdə mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, 20 bəndlik planın həyata keçirilməsi Yaxın Şərq regionunda parlaq gələcəyə nail olmaq üçün ən mühüm təməl olacaq.

"Hazırda iş gedir. Danışarkən, biz mahiyyətcə üçüncü və dördüncü mərhələdəyik", - siyasətçi bildirib.

Tramp əlavə edib ki, Qəzzada təmizləmə və tikinti işləri aparılacaq: "Mən böyük sərvətə, gücə və ləyaqətə malik olan çoxsaylı ölkələrin məhz bu gün və son bir həftə ərzində mənim yanıma gəlib Qəzzanın yenidən qurulmasına kömək etmək istədiklərini, lazım olan hər şeyə hazır olduqlarını söyləməkdən məmnunam. Bu, əlbəttə ki, çox puldur, lakin nəhəng ölkələrin sərvəti ilə müqayisədə böyük deyil”.

Digər xəbərlər