Menyu

Antonio Quterreş Qəzzada atəşkəs rejimi ilə bağlı razılaşmanı alqışlayıb

Əsəd Abbaslı
Antonio Quterreş Qəzzada atəşkəs rejimi ilə bağlı razılaşmanı alqışlayıb

BMT-nin Baş katibi Antonio Quterreş israilli girovlarının və fələstinli məhbusların azad edilməsi də daxil olmaqla, ABŞ prezidenti Donald Trampın təklifi əsasında Qəzzada atəşkəs rejiminin davam etdirilməsini alqışlayır.

Operativ Media xəbər verir ki, bu barədə BMT sözçüsünün bəyanatında deyilir.

O, Qətər, Misir, ABŞ və Türkiyə hökumətlərinə davamlı vasitəçilik səylərinə görə təşəkkür edib və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bütün girovların azad edilməsinin təhlükəsiz və humanist şəkildə həyata keçirilməsindəki rolunu vurğulayıb.

“Birləşmiş Millətlər Təşkilatı və tərəfdaşları Qəzzada əməliyyatları sürətlə genişləndirir. BMT agentlikləri aylarla əlaqəsi kəsilmiş ərazilərdəki icmalara yardımlar çatdırır. Baş katib bütün tərəfləri atəşkəsi möhkəmləndirməyə və onu davamlı sülhə çevirməyə çağırır”,- deyə bəyanatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər