Suriyanın keçid lideri Əhməd əl-Şaraa Rusiyadakı Suriya diasporunun nümayəndələri ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd olunur ki, görüş Moskva hotellərindən birində keçirilir .
Xatırladaq ki, Suriya Prezidenti Əhməd əl-Şaraa ilk işgüzar səfəri üçün Moskvaya gəlib və bu səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Danışıqlar iki saat yarımdan çox davam edib. Danışıqlar zamanı Putin bəyan edib ki, Moskvanın Dəməşqlə münasibətləri həmişə Suriya xalqının maraqlarını rəhbər tutur.
O qeyd edib ki, Rusiya heç vaxt Suriya ilə münasibətlərin inkişafını hansısa xüsusi maraqlarla və ya siyasi məqsədəuyğunluqla əlaqələndirməyib.
Danışıqlardan sonra Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın Suriyanın infrastrukturunun bərpasına yardım etməyə hazır olduğunu bəyan edib.
O qeyd edib ki, yaxın vaxtlarda ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bundan əvvəl Suriya Prezidenti əl-Şaraanın Putinlə görüşdə Əsədin ekstradisiyasını tələb edəcəyi bildirilirdi.