Azərbaycan ilə Uqanda arasında diplomatik pasport sahiblərinin vizadan azad edilib

Şəfa Hüseynli
Azərbaycan ilə Uqanda arasında diplomatik pasport sahiblərinin vizadan azad edilib

Azərbaycan ilə Uqanda arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş imzalanıb.

Operativ Media  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının (QH) 19-cu Nazirlər iclası çərçivəsində Azərbaycan və Uqanda hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri, eləcə də Azərbaycan və Somali hökumətləri arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər imzalanıb.

Digər xəbərlər