Paşinyan İlham Əliyevlə Misirdə nələri müzakirə edib?
Şəfa Hüseynli
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol PaşinyanMisirdə əvvəllər verdikləri bəyanatların müddəalarını müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Paşinyan jurnalistlərin suallarını cavablandırarkən deyib
"Azərbaycan Prezidenti ilə təmaslarımız dövri xarakter daşıyır, xüsusən avqustun 8-də sülhün bərqərar olmasından sonra. Konkret açıqlama verilməsə də, bu o deməkdir ki, əvvəllər verilmiş bəyanatlar çərçivəsində işgüzar müzakirələr aparılır", - deyə Paşinyan bildirib.