Orban: Putin və Trampın Macarıstanda görüşəcəyi xəbəri müsbət haldır

Əsəd Abbaslı
Orban: Putin və Trampın Macarıstanda görüşəcəyi xəbəri müsbət haldır

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Macarıstanda görüşəcəyi xəbəri müsbət haldır və Macarıstan görüşə ev sahibliyi etməyə hazırdır.

Operativ Media xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkədə məlumat verib.

"ABŞ və Rusiya prezidentləri arasında planlaşdırılan görüş dünyanın sülhsevər xalqları üçün əla xəbərdir. Biz hazırıq!" - deyə, Orban qeyd edib.

Oktyabrın 16-da Putinlə telefon danışığından sonra Tramp bildirib ki, tərəflər Budapeştdə üzbəüz görüş keçirməyə razılaşıblar.

O, həmçinin Yaxın Şərq münaqişəsinin həllinin Ukrayna danışıqlarına faydalı təsir göstərəcəyinə əminliyini ifadə edib.  Sabah Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Digər xəbərlər