Gürcüstanın sabiq yüksək vəzifəli şəxslərinin evlərində axtarışlar aparılıb

Əsəd Abbaslı
Gürcüstanın sabiq yüksək vəzifəli şəxslərinin evlərində axtarışlar aparılıb

Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili, sabiq Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Qriqol Liluashvili və sabiq baş prokuror Otar Partsaladzenin evlərində axtarışlar aparılıb.

Operativ Media xəbər verir ki, bu barədə məlumatı Baş prokuror Georgi Gvarakidze brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, aparılan axtarışlar zamanı müxtəlif elektron cihazlar, sənədlər və böyük məbləğdə pul götürülüb.

Gvarakidze sabiq yüksək vəzifəli şəxslərin hansı işlər üzrə istintaqa cəlb olunduqlarını və hansı statusda olduqlarını açıqlamayıb.

Digər xəbərlər