Zelenski Ağ Evə gəlib - YENİLƏNİB

Əsəd Abbaslı
Zelenski Ağ Evə gəlib - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o və Ukrayna lideri Volodimir Zelenski Ukraynanın Rusiya ərazisinə dərinliyinə zərbələr endirməsinə imkan verəcək yeni imkanları müzakirə etməyi planlaşdırırlar.

Operativ Media xəbər verir ki, Ağ Ev rəhbəri bunun eskalasiya olacağını etiraf edib.

"Biz bu barədə danışacağıq", - deyə Tramp yeni imkanların müzakirə olunub-olunmayacağı barədə suala cavab olaraq deyib:

"Biz bu barədə danışacağıq. Siz haqlısınız. Bu, eskalasiya olacaq, amma biz bu barədə danışacağıq".

Tramp "Tomahawk"lar məsələsini konkret olaraq qeyd etməyib, lakin bu gün aparılacaq müzakirələrin mərkəzində Amerika istehsalı olan uzaq mənzilli raketlərin dayanacağı gözlənilir.

21:38

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə görüşmək məqsədilə Ağ Evə gedib.

Operativ Media xəbər verir ki, liderlər binaya daxil olmadan əvvəl əl sıxaraq jurnalistlər qarşısında görüntüləniblər.

Görüşün detalları barədə məlumat əldə edildikcə xəbər yenilənəcək.

Digər xəbərlər