Peşə mühitində sağlamlıq: tikinti işçiləri hansı risklərlə üzləşir?

Ayşən Sadıxzadə
Peşə mühitində sağlamlıq: tikinti işçiləri hansı risklərlə üzləşir?

Tikinti sektorunda çalışan şəxslər bir sıra spesifik peşə xəstəlikləri ilə üzləşirlər. Bu xəstəliklərin əksəriyyəti tənəffüs sistemi problemləri ilə bağlıdır. Tikinti sahələrində havada çoxlu toz və çirkləndirici hissəciklərin olması, nəfəs yollarının zədələnməsinə və müxtəlif xroniki və ya kəskin xəstəliklərin yaranmasına səbəb olur.

Bu fikirləri Operativ Media - ya  Media açıqlamasında terapevt Sübhan Hacıyev deyib. 

O bildirib ki, bu iş mühitində ən çox rast gəlinən xəstəliklər sırasında bronxit, bronxiolit, bəzi hallarda isə pnevmoniya kimi ağır respirator infeksiyalar yer alır: “Eyni zamanda, tikintidə istifadə olunan boyalar, kimyəvi maddələr və sement tozları orqanizmə təsir edərək allergik reaksiyaların, xüsusilə də tənəffüs yolu allergiyalarının artmasına gətirib çıxarır.
Bundan başqa, bu sahədə çalışan insanlar ağır fiziki iş gördükləri üçün onlarda tez-tez travmatik zədələr — əzələlərin gərilməsi, oynaqlarda ağrılar, sümük sınıqları və zədələnmələr müşahidə olunur. Davamlı fiziki yüklənmə həmçinin ürək-damar sisteminə də ciddi təsir göstərə bilər.

Mütəxəssislər belə şəxslərə mütəmadi olaraq check-up müayinələrindən keçməyi, xüsusilə də kardioloji və tənəffüs sistemi üzrə yoxlanılmağı tövsiyə edirlər. Çünki bu insanlar arasında miyokard infarktı, beyin insultu kimi həyati risk yaradan vəziyyətlərə daha çox rast gəlinir.

Nəticə etibarilə, tikinti sahəsində çalışan şəxslər üçün əmək mühafizəsi qaydalarına ciddi riayət, müntəzəm tibbi nəzarət və iş şəraitinin yaxşılaşdırılması həm sağlamlıq, həm də ümumi iş təhlükəsizliyi baxımından vacibdir”.

Digər xəbərlər