XİN Paşinyana cavab verdi
Nərmin Qocamanlı

Azərbaycan XİN Paşinyana cavab verib
"Operativ Media" xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında paylaşım edilib:
"Ermənistan 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyannaməyə əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır. 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, İrəvan Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində üç buraxılış məntəqəsinin açılmasını təklif edib.